“Bölgədə müharibə qəbuledilməzdir” - ƏRDOĞAN

  • By admin
  • 18 Yanvar 2022 17:48

“Rusiyanın Ukraynaya təcavüzünü real yanaşma hesab etmirəm. Çünki Ukrayna sıradan bir ölkə deyil. Ukrayna güclü ölkədir. Bundan əlavə, Rusiyan bu addımı ata bilməsi üçün bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyadan qayıdarkən jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynada səfərdə olub və cənab Əliyevlə söhbət aparacaq: “Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. İndi biz müharibəni siyasət tarixindən silməliyik. “Bir yerin torpaqlarını işğal edim, alım” məntiqi ilə bu işlər getməz. Nümunə üçün, Rusiya Ukraynada nə etdi? Krımı aldı. Prezident Putinlə keçirdiyimiz hər görüşdə Krımın işğalının əleyhinə olduğumuzu deyirik. Bunları bizim Xarici İşlər Nazirliyi də həmsöhbətlərinə söyləyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır”.

 

 

Gununsesi.info