Meksikanın Gerrero ştatını vuran “Otis” qasırğası nəticəsində ölənlərin sayı 48-ə çatıb, daha 36 nəfər isə hələ də itkin düşüb.
Gununsesi.info bildirir ki, bu barədə Gerrero ştatının qubernatoru Evelin Salqado məlumat verib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador da axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini vurğulayıb.
Dövlət başçısı təbii fəlakət zonasına səfər etmək niyyətində olduğunu bildirib.
Lopez Obrador qeyd edib ki, hökumət yerli hakimiyyət orqanları ilə sıx təmasdadır.
Sakit okean “Otis” qasırğası Meksikanın cənub sahillərini vuraraq Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya yüksəlib.
“Otis” qasırğası oktyabrın 25-də Meksikanı vurub və Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyaya yüksəlib.
Qasırğa nəticəsində on minlərlə sakin evlərinə ziyan vurub.
Qasırğanın mümkün nəticələrini aradan qaldırmaq üçün bölgəyə 17 min hərbçi və polis cəlb edilib.
Gununsesi.info