Bölgələrdə adambaşına nə qədər vergi yığılacaq? - CƏDVƏL

  • Müəllif: admin
  • 01 Noyabr 2016 13:13

vergi

Büdcə proqnozlarına görə, 2017-ci ildə ölkənin rayonları arasında adambaşına vergi gəlirlərinin ən yüksək olduğu ilk 3-lüyə İmişli, Qəbələ və Xızı daxildir.

Gununsesi.info xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev öz facebook səhifəsində yazıb.

İqtisadçı qeyd edir ki, bu rayonlar üzrə əhalinin hər nəfəri hesabı ilə 125-165 manat intervalında vergi yığımı gözlənir.

Ən aşağı göstəriciyə malik sonuncu son 3-lüyə Lerik, Yardımlı və Cəlilabad daxildir. Bu rayonlar üzrə əhalinin hər nəfəri hesabı ilə 26-33 manat intervalında vergi yığımı gözlənir.

vergi

vergi1

Vüsalə Rustəmova

Gununsesi.info