“Bölgələrdə yeni iş yerləri açılmalıdır” -Vahid Əhmədov

  • By admin
  • 02 İyun 2023 14:15

“Büdcəni müzakirə edən zaman ən qabarıq məsələlərdən biri onun proqnozlaşdırılmasıdır. Büdcə proqnozları dəqiq yerinə yetirilmir. O baxımdan ki, proqnozlar düzgün deyil”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisdə keçirilən komitə iclasında bildirib.

Deputat qeyd edib ki, dörd aydan sonra büdcəyə yenidən baxırıqsa, proqnozlaşma məsələsinə başqa yanaşmanın faktorları olmalıdır: Bu məsələyə diqqəti artırmaq lazımdır”.

V.Əhmədov əlavə edib ki, iş yerlərinin açılmasında ciddi problemlər var: “Bölgələrdə yeni iş yerləri açılmalıdır”.

Gununsesi.info