“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Gununsesi.org xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib.
Onun bolidinin alt hissəsi drenaj lyukuna ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb.
Rassellin bolidi trasdan evakuasiya olunub. Qəza səbəbindən sərbəst yürüşün bərpası ləngiməli olacaq və problem yaranan lükün təmir olunması vaxt alacaq.
Qeyd edək ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.