Boliviya 11 il sonra Amerikada öz səfirini təyin etdi

  • By admin
  • 27 Noyabr 2019 09:26

Boliviya 11 ildən sonra ABŞ-da öz səfirini təyin edib. Bu vəzifə Uolter Serrate Kuelyara həvalə olunub.

Gununsesi.org bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi ​Tvitter hesabında məlumat verilib.

Daha əvvəl Uolter Serrate Kuelyar Boliviyanın BMT yanında daimi səfir və nümayəndəsi idi.

Qeyd edək ki, Boliviya 2008-ci ildən ABŞ-a səfir təyin etmirdi. Keçmiş Boliviya prezidenti Evo Morales ABŞ-ın La-Pasdakı səfirini “arzuolunmaş şəxs” elan edərək, onu müxalifəti maliyyələşdirməkdə və iğtişaşları dəstəkləməkdə günahlandırmışdı.

Gununsesi.org