Boliviya polisi Avropaya göndərilən 7,2 ton kokaini müsadirə edib

  • By ilhame
  • 19 Mart 2024 22:38

Boliviya hüquq-mühafizə orqanları Avropaya göndərilməsi planlaşdırılan 7,2 ton kokain partiyasını müsadirə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Boliviyanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi bölməsi məlumat yayıb.

 

Boliviyanın daxili işlər naziri Karlos del Kastilon qeyd edib ki, bu, ölkə tarixində müsadirə edilmiş ikinci ən böyük kokain partiyasıdır.

 

Kokainin dəyəri 451 milyon dollar qiymətləndirilir.

 

Bundan əvvəl yanvar ayında Boliviya polisi 8,7 ton kokain müsadirə etmişdi.

Gununsesi.info