Boliviyada ölkə başçısının içində olduğu helikopter təcili eniş edib. Gununsesi.org-in məlumatına görə, bu barədə “RİA Novosti” yazır. Hadisə noyabrın 4-də Bakı vaxtı ilə saat 20:45-də baş verib.
EC-145 helikopteri Kolkiri – Oruro marşrutu üzrə hərəkət edirmiş. Uçuş zamanı hava gəmisinin vinti sıradan çıxıb. Bu səbəbdən pilot təcili eniş etmək məcbutiyyətində qalıb.
İnsident zamanı heç kim xəsarət almayıb. Ölkənin hərbi-hava qüvvələri bu hadisənin istintaqına başlayıb.