Boliviyada ağır yol qəzası - 6 ÖLÜ, 30 YARALI

  • By admin
  • 04 Yanvar 2018 08:10

Boliviyanın mərkəzi bölgəsində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 6 nəfər ölüb, 30-u xəsarət alıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onların vəziyyəti barədə hələ ki, məlumat verilmir. İlkin məlumata əsasən, sürücülərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb.

Gununsesi.info