
Cənubi Amerikanın Boliviya ölkəsində sərnişin avtobusunun 800 metrlik uçurumdan aşması nəticəsində 31 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada qəzada 31 nəfərin həyatını itirdiyi, bəzilərinin ağır olmaqla 15 nəfərin yaralandığı bildirilib.
Qəza yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Axtarış-xilasetmə işləri çətin relyefə malik olduğu üçün çətindir.
Qəzaya aydınlıq gətirmək üçün genişmiqyaslı araşdırmalara başlanıldığı bildirilib.
Orxan Saffari