Boliviyada qəzada 18 nəfər ölüb, 17 nəfər yaralanıb

  • By admin
  • 29 Sentyabr 2019 22:26

Boliviyanın cənubunda qəzada 18 nəfər ölüb, 17 nəfər yaralanıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə ‘Pagina Siete” nəşri məlumat yayıb.

Qəza şənbə gecəsi baş verib. Lyalyaqua şəhərindən çıxan yük maşını arxası üstə aşıb. Yük yerində olan sərnişinlərdən 18-i ölüb, 17-i yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün maşını yüksək sürətlə idarə etməsi olub.

 

 

Gununsesi.org