Boliviyanın müvəqqəti prezidenti koronavirusa qalib gəldi

  • By admin
  • 28 İyul 2020 10:41

Boliviya prezidentinin vəzifələrini müvəqqəti icra edən Janin Anyes koronavirusdan sağaldığını elan edib.

Gununsesi.info xəbər verir ki, J.Anyes bu barədə “Twitter” səhifəsində məlumat verib.

J.Anyea qeyd edib ki, artıq səlahiyyətlərinin icrasına başlayıb: “Xəstəliyim zamanı mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Məni xəstəxanadan evə buraxdılar, artıq işimə qayıdıram”.

Xatırladaq ki, Boliviya parlamentinin spikeri Eva Kopa da COVID-19-a yoluxub və müalicəsini davam etdirir.

Gununsesi.info