
“Qarabağ”dan ayrılan Bolqarıstan millisinin futbolçusu Simeon Slavçev Azərbaycanla vidalaşıb.
Gununsesi.org xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Instagram” hesabından “Qarabağ”da keçirdiyi matçlardan fotolar paylaşaraq azərbaycanca bu sözləri yazıb:
“Mənim “Qarabağ”da qalmağım sona çatdı! Demək istəyirəm ki, həmişə professional olmuşam və komandaya ən yaxşısını vermişəm, amma yollarımız ayrılır.
“Qarabağ”a və Ağdama dəstək olan bütün insanlara uğurlar diləyirəm! Mən burada yaxşı dost tapmışam və burada insanlar haqqında yalnız xoş və gözəl düşüncəli fikirlərim var. Təşəkkür edirəm və gələcəkdə uğurlar arzu edirəm!”
Qeyd edək ki, Simeon Slavçev 2018-ci ilin iyulun 5-də bu klubla üç illik müqavilə bağlayıb. Ancaq müqaviləsinin ortasında futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun ölkəsində “Levski”dən və digər xarici ölkələrdən təklifi olduğu bildirilir.