Bolqarıstan milli komandası Tbilisidə qəzaya düşdü

  • By admin
  • 11 İyun 2022 11:26

Bolqarıstanın milli futbol komandası Millətlər Liqasının Gürcüstan komandası ilə səfər matçı öncəsi Tbilisidə qəzaya düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqının saytı məlumat yayıb.

Gürcüstana çatan Bolqarıstan komandası iki avtobusla otelə doğru gedərkən, sürücülərdən biri idarəetməni itirib. Qəza nəticəsində yarımmüdafiəçi Todor Nedelev müayinə olunmaq üçün yerli xəstəxanaya aparılıb.

İyunun 12-də Gürcüstan millisi C Liqasının 4-cü qrupunun IV tur matçında Tbilisidə bolqarları qəbul edəcək. Komandaların iyunun 5-də baş tutan ilk oyununda gürcülər səfərdə hesablı qələbə qazanıblar – 5:2.

Üç turdan sonra Gürcüstan komandası 9 xalla qrup cədvəlinə başçılıq edir, bolqarlar 2 xalla üçüncüdür.

Gununsesi.info