Bolqarıstan növbədənkənar parlament seçkilərinə hazırlaşır

  • By admin
  • 21 Dekabr 2016 16:07

bolqqar

Bolqarıstanın Baş naziri Boyko Borisovun prezident seçkilərindən sonra istefa verməsi, parlamentdə partiyaların hökumətin qurulmasında birgə qərara gəlməməsi səbəbləri ölkədə yeni növbədənkənar parlament seçkiləri ilə nəticələnəcək.

Gununsesi.info bildirir ki, ilkin məlumatlara görə seçkilər yazda baş tutacaq. İslahatçılar Bloku partiyası Baş nazirin istefasından sonra yeni hökumətin qurulmasında GERB və Millətçilər Cəbhəsi partiyalarının dəstəyini almaq istəsə də buna nail ola bilmədi. Siyasi analitiklərin fikrincə, növbədənkənar parlament seçkiləri Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edən islahatları gecikdirəcək. Yeni seçilmiş Prezident Rumen Radev mandatı hazırkı Prezident Rosen Plevnelievdən yanvarın 22-də aldıqdan sonra növbədənkənar seçkilərin vaxtını müəyyən edəcək.

Gununsesi.info