Bolqarıstan parlamenti hava məkanının qorunmasına dair Türkiyə ilə memorandumu təsdiqləyib

  • By ilhame
  • 08 Avqust 2024 20:44

Bolqarıstan parlamenti səs çoxluğu ilə Türkiyə ilə dövlətlərin hava məkanının birgə qorunması haqqında memorandumu ratifikasiya edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin müdafiə naziri Atanas Zapryanov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan sazişi NATO ölkələrinin ümumi hava məkanına əhəmiyyət verməsi səbəbindən imzalayıb.

“Söhbət müdafiəyönümlü addımlardan getmir, söhbət növbətçi təyyarələr tərəfindən həyata keçirilən dinc dövrün əməliyyatlarından gedir”, – o deyib.

Qeyd olunur ki, sənəd iki ölkənin hava məkanında transsərhəd hava polisi əməliyyatlarının aparılmasının əsas prinsiplərini, prosedurlarını və şərtlərini tənzimləyir.

Gununsesi.info