Bolqarıstan prezidenti artıq Azərbaycandadır

  • By admin
  • 12 Oktyabr 2017 19:10

15078206383013238782-1000x669

Bolqarıstan prezidenti Rumen Radev artıq Azərbaycana rəsmi səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info