Bolqarıstan Prezidenti Tehrandakı səfirliyimizə hücumdan yazdı

  • By admin
  • 28 Yanvar 2023 19:54

Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev tviter hesabında bildirib.

O, Azərbaycan xalqına başsağlığı verib.

“Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş ölümcül hücumu pisləyir və istənilən belə hücumu qəbuledilməz və narahatedici hesab edir. Biz Azərbaycan Prezidentinin hərtərəfli araşdırma ilə bağlı çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.

Gununsesi.info