Bolqarıstan Ukraynaya sila verəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Parlamenti qərar çıxarıb.
Yeni qərara görə, Bolqarıstan Ukraynaya rus istehsalı “S-300″lər verəcək.
Bolqarıstanın milli radiosu “BNR”in xəbərinə əsasən, Parlament keçmiş rus istehsalı silahların rəsmi Kiyevə verilməsi ilə bağlı təklifi təsdiqləyib.
Yeni təklifə “Yurddaşlar Partiyası”, “Dəyişməyə Davam Partiyası” və “Demokratik Bolqarıstan Partiyası” dəstək verib.
Müxalifət Partiyaları isə Müdafiə Naziri Todor Taqarevin istefasını istəyiblər.
Xatırladaq ki, Bolqarıstan daha öncə rəsmi Kiyevə heç işlədilməmiş 100 zirehli texnika vermişdi.
Tərcümə: Arzu