
Bolqarıstan NATO döyüş qrupunun yerləşdirilməsi üçün öz ərazisində hərbi düşərgə yaradacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Todor Taqarev bildirib.
“Zəruri infrastrukturun, o cümlədən kazarmaların, hərbi texnikanın saxlanması üçün binaların və NATO-nun çoxmillətli döyüş qrupu üçün yol şəbəkəsinin tikintisi bizə 100 milyon levadan (50 milyon avrodan çox) çox başa gələcək. Nəticədə kiçik şəhərcik yaradılacaq və baza 2025-ci ilə qədər hazır olacaq”.
Onun sözlərinə görə, hərbi düşərgənin yeri ilə bağlı yekun qərar verilməyib, lakin lazımi vəsaitin bir hissəsini NATO təmin edəcək.
Döyüş qrupu Bolqarıstanın cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşdirilə bilər.
Qeyd edək ki, zabitlərin əsas hissəsi Bolqarıstandakı bazaya İtaliyadan gələcək.
Döyüş qrupunun minə yaxın əsgəri hazırda Bolqarıstandadır. Onlar ABŞ-ın Novo-Selo kəndindəki bazasında yerləşdirilib.
Tərcümə
Şəbnəm
Gununsesi.info