Bolqarıstanda helikopter qəzaya uğrayıb

  • By ilhame
  • 22 Sentyabr 2023 22:38

Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında meşə sahələrinin kimyəvi reagentlərlə təmizlənməsi tapşırığını yerinə yetirən helikopter qəzaya uğrayıb.

Gununsesi.info  BTV-yə istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsini idarə edən pilot həlak olub.

Helikopter yerli vaxtla saat 08:00 radələrində (Bakı vaxtı ilə 09:00-da) meşə sahələrini dərmanlamaq üçün havaya qalxsa da, Plovdiv bölgəsində yerləşən bazaya qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info