Noyabrın 6-da Bolqarıstanda keçirilən prezident seçkilərində Rumen Radev seçicilərin 24,8 faiz, Tsetska Taçeva isə 23,5 faiz səsini toplayıb.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Alfa Research” və “Gallup” sosial agentliklərinin saat 19:30-a olan məlumatında bildirilir.
Prezident seçkilərin ikinci turunda GERB partiyasının üzvü, Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva və hava qüvvələrinin sabiq komandiri, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev qarşılaşacaqlar.
Gununsesi.info