Bolqarıstanın Baş naziri Boyko Borisov ABŞ-a rəsmi səfər edəcək.
Gununsesi.org-un məlumatina görə, noyabrın 25-də Baş nazir Boyko Borisovun ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşü planlaşdırılıb.
Ağ Evdəki danışıqlar çərçivəsində Baş nazir B.Borisov və Prezident D.Tramp Bolqarıstan və ABŞ arasında mövcud olan sabit və güclü əlaqələri nəzərə alaraq strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər. Təhlükəsizlik və Şimali Atlantika tərəfdaşlığı, enerji diversifikasiyası və digər sahələrdə ümumi maraqlara xidmət edən müvafiq mövzularada xüsusi diqqət yetiriləcək.
Gununsesi.org