Bolqarıstanın baş naziri TANAP-ın rəsmi açılış mərasimində iştirak edəcək

  • By admin
  • 02 İyun 2018 11:27


Türkiyənin baş naziri Binəli Yıldırım Bolqarıstandan olan həmkarı Boyka Borisovanı Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) rəsmi açılış mərasiminə dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb.

Məlumata görə, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub və Bolqarıstan tərəfi açılışda iştirak etməyə dəvət olunub. B.Borisova dəvəti qəbul edib.

Xatırtadaq ki, TANAP-ın açılışı iyunun 12-də olacaq.

Gununsesi.info