Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb

  • By ilhame
  • 17 Aprel 2024 20:56

Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb.

 

Bir həftə əvvəl virus Haskovo şəhərində 25 mindən çox toyuqda tapılıb.

 

Təsərrüfatlardan 3 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, ərazidə baytarlıq nəzarəti gücləndirilib.

Gununsesi.info