Bolt Heydər Əliyev Fonduna və AFAD-a ianə edib

  • By admin
  • 05 Aprel 2023 16:07

Bolt Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək olur Avropanın aparıcı nəqliyyat platforması Bolt Heydər Əliyev Fonduna və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinə (AFAD) 40 000 AZN məbləğində vəsait ianə edib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən şirkətin mətbuat xidmətinin təmsilçisi Viktoriya Prulutska bildirib.

O, bildirib ki, həmçinin proqramda yeni gediş kateqoriyası təqdim edilib.. Belə ki, bu gediş kateqoriyasından əldə edilən gəlirlə ianə toplamaq planlaşdırılır.

Toplanan vəsaitlər isə Türkiyədə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq. “Bolt şirkəti dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir. Türkiyədəki vəziyyəti izləməyə davam edir və zəlzələdən zərər çəkmiş bölgələrin bərpası prosesinin uzun və çətin ola biləcəyini, ciddi maliyyə yardımları tələb etdiyini başa düşürük. Zəlzələ zamanı yaralanan insanların da dəstəyə ehtiyacı var. Buna görə də biz məbləği Heydər Əliyev Fondu və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması İdarəsi (AFAD) arasında bölməklə 40 000 AZN ianə etdik.

 

Şəbnəm

Gununsesi.info