
“BOLT-da qiymətlər xeyli artıb. Məsələn, əvvəllər gecə vaxtı hava limanından Xırdalana 12-13 manata gəlirdi. İndi həmin məsafəyə görə qiymət 2 dəfə artıb”.
Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.
O, bildirib ki, hər zaman 12 manata getdiyi yol üçün ona təxminən 26 manat qiymət təklif gəlib:
“Hətta sürücü zəng vurub bu gediş üçün 30 manat istədi. Hər iki sürücü. Buna görə də hər iki gedişi ləğv edib 20 manata adi təksi ilə gəldim. Ölkədə bütün çatışmazlıqlarına rəğmən normal işləyən və rəqabətin olduğu sahələrdən bəlkə birincisi idi. Onu da hökumət sıradan çıxartdı. Qərarı ilə taksi xidmətini bahalaşdırdı”.
Onu da qeyd edək ki, iki ay bundan əvvəl də Bolt taksi şirkəti qiymət artımı edib.
Həmin dövrdə sürücülərə bu barədə rəsmi mesaj göndərilmişdi.
Bu, Bolt-un son 2 ayda 2-ci artımıdır.
Afət
Gununsesi.info