Bolt Ronaldo və Messini geridə qoydu

  • By admin
  • 29 Dekabr 2016 21:36

b

 

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS)  2016-cı ilin ən yaxşı kişi idmançılarını seçib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 110 ölkədən 382 jurnalist arasında keçirilən sorğunun nətinəsinə əsasən, yamaykalı sprinter Useyn Bolt birinci olub. ABŞ üzgüçüsü Maykl Felps ikinci pillədə qərarlaşıb. Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü olub.

2016-cı ilin ən yaxşı 10 kişi idmançısı aşağıda adları qeyd olunanlardır:

1.Useyn Bolt (Yamayka, yüngül atletika – 1149 xal
2. Maykl Felps (ABŞ, üzgüçülük) – 490 xal
3. Kriştiano Ronaldo (Portuqaliya, futbol) – 387 xal
4. Endi Marrey (Böyük Britaniya, tennis) – 159 xal
5. Niko Rosberq (Almaniya, “Formula – 1” – 146 xal
6. Lionel Messi (Argentina, futbol) – 124 xal
7.Lebron Ceyms (ABŞ, basketbol) – 119 xal
8. Novak Cokociç (Serbiya, tennis) – 114 xal
9. Mo Fara (Böyük Britaniya, yüngül atletika) – 91 xal
10. Xuan Martin Del Potro (Argentina, tennis) – 90 xal

Gununsesi.info