“Bolt”dan istifadəçilərə yeni funksiya – “Selfie” fotolarla şəxsiyyəti təsdiqləmək imkanı

  • By admin
  • 21 Aprel 2023 09:15

“Bolt” şirkəti yeni təhlükəsizlik funksiyası olan “selfie” formatında çəkilmiş fotoşəkil vasitəsilə sürücünün şəxsiyyətinin təsdiq edilməsini təqdim edir.”

Bolt” təhlükəsizlik sferasında yeni həll təqdim edir – “selfie” fotoşəkil vasitəsilə sürücünün şəxsiyyətini təsdiqləmək imkanı.

Şirkətdən Gununsesi.infoya verilən məlumat da bildirilir ki, Süni intellekt (Sİ) sürücünün “selfie” formatında çəkilmiş fotoşəkildəki üzünü sürücülük vəsiqəsindəki foto ilə müqayisə edəcək. Bu yeni funksiya Azərbaycanda təqdim olunduqdan sonra bütün aktiv sürücülər “selfie” fotoşəkil vasitəsilə şəxsiyyət təsdiqindən keçməli olacaq. “Bolt” platformasında qeydiyyatdan keçən yeni sürücülər də bu prosedurdan keçəcək. Bundan sonra sürücülər şəxsiyyət təsdiqini vaxtaşırı yeniləməli olacaqlar. “Dünyanın müxtəlif şəhərlərində hər gün yüz minlərlə insan “Bolt”un səfər sifarişi xidmətlərindən istifadə edir. Beləki, onların hər birinin təhlükəsizliyini təmin etmək bizim üçün vacibdir. Biz məhz “Bolt” platformasında qeydiyyatdan keçmiş sürücünün sizə xidmət göstərdiyinə 100% əmin olmaq istəyirik. Bu, həm də şirkət ilə əməkdaşlıq edən hər bir sürücünün öz reytinqinin olduğu üçün çox vacibdir. O, istifadəçi qiymətləndirmələri əsasında formalaşır. Reytinq sistemi sayəsində “Bolt” yalnız məsuliyyətli sürücülərlə əməkdaşlıq edir. Yeni təhlükəsizlik funksiyası başqasının hesabından istifadə edərək səfər sifariş edilməsi hallarının qarşısını alır. “Bolt” şirkətinin Azərbaycan üzrə rəhbəri Naim Əzizov bildirib ki, “Bolt” şirkətinin mövcud olduğu illər ərzində bu cür hallara az rast gəlinsə də “selfie” fotoşəkil vasitəsilə sürücünün şəxsiyyətinin təsdiq edilməsi funksiyası çox vacibdir və “Bolt” səfərlərini daha da təhlükəsiz etməyə imkan verir.

 

Gununsesi.info