Türkiyənin Şanlıurfa bölgəsinin Suruç rayonunda borc məsələsinə görə ata-oğul davası qətllə nəticələnib.
Gununsesi.info xəbər verir ki, İbrahim Halil Öztunç mübahisə zəminində atası Hüseyn Öztunu bıçaqlayaraq öldürüb.
Hadisə ötən gün axşam saatlarında baş verib. İbrahim Halil Öztunçla atası Hüseyn Öztunç arasında borc məsələsinə görə mübahisə düşüb.
Mübahisə zamanı İbrahim Halil Öztunç atasını bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Hüseyn Öztunç təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq Hüseyn Öztunçun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra qaçmağa çalışan İbrahim Halil Öztunç saxlanılaraq polis bölməsinə aparılıb.
Gununsesi.info