
Borc sahibi deyib ki, borcu qaytarılmayanadək qızı qaytaran deyil.
Gununsesi.info xəbər verir ki, hadisə Ermənistanın Kotay əyalətinin Eqvard şəhərində baş verib.
37 yaşlı Varsenik A adlı şəxs Nairi polis bölməsinə müraciət edərək fırıldaq yolu ilə onun 10 yaşlı qızının şəhərin 44 yaşlı sakini Marina A tərəfindən oğrulandığını bildirib.
Marina yalan və fırıldaq yolu ilə 10 yaşlı qızı öz evinə aparıb və oradan borc verdiyi şəxsə zəng edərək, borcunu qaytarmayanadək qızını buraxmayacağını deyib.
10 yaşlı qız Evqarddakı məktəbdə 3-cü sinifdə oxuyur.
Gununsesi.info












