“Borçalılar bu siyasi dələduza inanmamalıdır” - Zəlimxan Məmmədli

  • By admin
  • 18 İyun 2022 09:43

“2014-cü ildən Gürcüstana buraxılmıram. Bu qərar ədalətsizdir.  Gurcüstandan özünü partiya sədri hesab edən cahil biri “Xural”da aranı qatdı-qarışdırdı. Hüquq anlayışından xəbərsiz bu cahil deyir ki, Zəlimxanı Gürcüstana buraxmasalar yaxşıdı”. 

Gununsesi.info xəbər verir ki, bunu əslən Borçalıdan olan ictimi xadim, siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli “Xural TV”-də həmyerlisi olan siyasətçi tərəfindən səsləndirilən fikirlərə görə təəccüb içərisində olduğunu bildirib:

“Az-çox siyasəti bilən birisi kimi donub qaldım. “Partiya sədri” bütün tezisləri ilə separatçılığa təhrik ruhunda idi. Borçalılar bu cür siyasi dələduzlara imkan tanımamalıdır, inanıram ki, həm də tanımayacaq. Bu  Fazil Əliyevdir. Xatırladım ki, 2009-dan bir dəfə də olsun yanımızda olmaması cəhənnəm, düşmən cinahında yer aldı. İndi isə sanki, Kremldən pult basılıb ki, aranı qarışdırın!”

*Xəbərdə adı hallanan qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gununsesi.info