Borcu olan şəxsi döyüb, qəbiristanlıqda diri-diri basdırdılar- SUMQAYITDA TÜKÜRPƏDİCİ OLAY

Borcu olan şəxsi döyüb, qəbiristanlıqda diri-diri basdırdılar

Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.

Gununsesi.info report-a istinadən məlumat verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindənSumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə onu Sumqayıt şəhər TəciliTibbiYardımXəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS