Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Təmsilçisi Cosep Borel yeni açıqlaması ilə dünyanın gündəminə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Borel AB-nin genişlənəcəyi müjdəsini verib.
“Daha 10 ölkəni AB-yə almağa hazır olmalıyıq”, -deyə Borel söyləyib.
İspaniyada AB Xarici İşlər Nazirləri ilə keçirdiyi toplantıda Borel Qərbi Balkan ölkələrinin və Ukraynanın önə çıxan namizədlər olduğunu vurğulayıb.
Jurnalistlərə açıqlamasında Borel Ukrayna savaşının genişlənmə prosesini sürətləndirəcək tamamlayıcı bir təsir olduğunu dilə gətirib.
AB rəsmisi vurğulayıb ki, namizəd ölkələr şərtləri yerinə yetirməlidirlər.
“Bir “zaman hədəfi” bəlli etmək, bizim və namizəd ölkələrin enerjilərini hərəkətə keçirmək üçün faydalı ola bilər”, -deyə Borel bildirib.
Tərcümə: Arzu