Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər

  • By ilhame
  • 08 Yanvar 2024 22:21

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borel Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə Borel “X” sosial şəbəkəsində yazıb.

 

“Biz regionda apardığımız danışıqların nəticələrini gərginliyin azaldılması, Qəzzadakı humanitar fəlakəti yumşaltmaq və BMT-nin əvəzsiz rolunu gücləndirmək səyləri ilə müqayisə etdik”, – Borel qeyd edib.

 

Borel Yəmən üsyançılarının təhdidləri fonunda Qəzza zolağında nizamlanma və Qırmızı dənizdəki vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedib. ABŞ-nin dövlət katibi Antoni Blinken də bu gün Səudiyyə Ərəbistanına səfər edib və burada Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınmasını müzakirə edəcək.

Gununsesi.info