Boris Conson Baş nazir seçkisi üçün lazım olan 100 deputat səsini aldı

  • By admin
  • 22 Oktyabr 2022 19:37

Britaniyanın sabiq baş naziri Boris Conson seçkidə iştirak etmək üçün lazım olan 100 deputat səsini alıb.

Gununsesi.info bildirir ki, bu barədə Sky News  mötəbər mənbələrə əsasən məlumat yayıb. Conson indi Baş nazir postu uğrunda mübarizə apara bilər.

Conson artıq məzniyyətini yarımçıq qoyaraq Londona qayıdıb.

Sabiq maliyyə naziri Rişi Sunak da 100 deputatın səsini qazanıb. YouGov sorğu xidmətinin məlumatına görə, rəyi soruşulanların 43 faizi Rişi Sunakın bu vəzifədə yaxşı işləyəcəyinə inandıqlarını bildirib. 17 faiz qeyri-müəyyən cavab verib.

Consona gəlincə sorğu iştirakçılarının 43 faizi onun bu vəzifədə yaxşı işləyəcəyini ildirib. 56 faiz isə Consonun vəzifəni pis icra edəcəyini vurğulayıb.

Gununsesi.info