Boris Conson da Polşa və Estoniyaya səfər edəcək

  • By admin
  • 28 Fevral 2022 18:41

Böyük Britaniyanın Baş naziri Boris Conson sabah Polşa və Estoniyaya səfər edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Downing Street”dən verilən məlumatda deyilir.

 

“Baş nazir Ukraynada gərginləşən münaqişə ilə bağlı danışıqlar üçün martın 1-də Polşa və Estoniyaya səfər edəcək”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, bu gün NATO Baş katibinin Polşa və Estoniyaya səfər edəcəyi açıqlanıb.

Boris Consonun Britaniyanın müttəfiqləri və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcəyi bildirilib.

 

 

Gununsesi.info