Ukrayna paytaxtının şəhər şurası Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona Kiyevin fəxri vətəndaşı adını verib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko öz “Telegram-kanal”ında yazıb.
V.Kliçko deyib: “Kiyev Şurası Ukraynanın böyük dostu Boris Consona Kiyevin fəxri vətəndaşı adının verilməsi barədə qərarı təsdiqləyib”.
O, həmçinin əlavə edib ki, mükafatı təqdim etmək üçün Consonun şəhərə səfərini səbirsizliklə gözləyir.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin saytında Boris Consona Ukrayna vətəndaşlığı verilməsi və onun Ukraynanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi ilə bağlı petisiya yayılıb.
Gununsesi.info