Boris Conson Mayk Pompeo ilə görüşüb

  • By admin
  • 21 İyul 2020 21:40
Böyük Britaniyanın Baş Naziri Boris Conson və ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.
Gununsesi.org-un APA-ya istinadla verdiyi xəbərə görə, “Downing Street”də keçirilən görüşdə qlobal təhlükəsizlik məsələləri, Çinin Honq Konqdakı fəaliyyəti, İrandakı vəziyyət və Yaxın Şərqdəki sülh prosesi kimi xarici siyasət məsələləri barədə danışıqlar aparılıb.
“Baş Nazir və ABŞ Dövlət katibi hər iki ölkənin iqtisadiyyatına fayda gətirəcək Britaniya-ABŞ Azad Ticarət Sazişi üzərində danışıqlar aparacaqlarını vurğulayıblar”, – deyə Baş Nazirin sözçüsü keçirilən görüş haqda qeyd edib.
Gununsesi.org