
Böyük Britaniyanın baş naziri olmaq üçün rəqabət aparan iki əsas potensial namizəd Boris Conson və Rişi Sunak arasında görüş keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sunday Times” nəşri yazıb.
Conson Britaniyanın keçmiş baş nazir, Sunak isə onun dövründə işləmiş sabiq maliyyə naziridir. Onların heç biri hələlik namizədliyini rəsmən bəyan etməyib. Ehtimal olunur ki, hökumət başçısı postu uğrunda ən real namizədlər məhz Conson və Sunakdır.
Qeyd edək ki, hər iki siyasətçi Baş nazir postuna namizəd olmaq üçün yetərli dəstəyə malikdir.
Gununsesi.info