Boris Conson: “Ukraynaya lazım olan bütün texnikanı vermək vaxtıdır“

  • By admin
  • 23 Yanvar 2023 01:44

Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Ukraynaya gözlənilməz səfəri dünyada böyük rezonansa səbəb olub.

Gununsesi.info-nun İngiltərə mediasına istinadən verdiyi xəbərə görə, Conson şəxsi maliyyəsi ilə Ukraynaya gəldiyini deyib.

O deyib ki, müharibədən əziyyət çəkən xalqla həmrəylik nümayiş etdirmək üçün orada olmaq “imtiyaz”dır.

 

Cənab Conson açıqlamasında deyib: “Prezident Zelenskinin dəvəti ilə Ukraynaya səfər etmək imtiyazdır. Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir. Bu müharibəni bitirməyin yeganə yolu Ukraynanın qalib gəlməsi və mümkün qədər tez qalib gəlməsidir. Bunun üçün lazım olan bütün texnikanı  vermək vaxtıdır. Putin nə qədər tez uğursuz olarsa, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşıdır”.

Tərcümə:

Afət Abbasova