Boris Conson vida çıxışında itinə də təşəkkür etdi- FOTO/VİDEO

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson həyat yoldaşı Kerri Consonla birlikdə Dauninq-stritdəki iqamətgahı tərk edib.

Gununsesi.info xəbər verir ki, Conson vida çıxışında onunla 3 il keçirən hər kəsə, o cümlədədn iti “Dilın”a təşəkkür edib.

HTML tutorial

“Mənimlə birlikdə bu binada olan hər kəsə təşəkkür edirəm. Hökumətdəki hər kəsə təşəkkür edirəm. Son üç il ərzində mənə və ailəmə qayğı göstərən hər kəsə, o cümlədən Dilına təşəkkür edirəm”, – Conson deyib.

Lakin keçmiş Baş nazir çıxışında iqamətgahda yaşayan Larri adlı pişiyi yad etməyib. 2011-ci ildən rəsmi iqamətgahda olan Larri üç baş nazir “yola salıb” – Devid Kemeron, Tereza Mey və Boris Conson.

Azpost.info

Gununsesi.info