Boris Conson: “Zelenskinin qətiyyəti, Ukrayna xalqının mübarizə əzmi bir ölkəni təslimçilikdən xilas edib”

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson CNN-ə müsahibə verib.

Gununsesi.info-nun  xəbərinə görə, Conson müsahibəsində Rusiyanın Ukraynaya təcavüzü ilə. bağlı sensasion açıqlama verib.

HTML tutorial

O, deyib:

“Rusiya hələ müharibəyə başlamamış artıq Qərbdə fikir ayrılıqları yaranmışdı. Fransa müharibəyə inanmır, Almaniya isə Ukraynanın tez bir zamanda məğlub olacağını düşünürdü. Almaniya hökuməti hesab edirdi ki, belə şəraitdə Ukrayna təslim olmalıdır, ən doğru yol budur. İtaliya isə Rusiyadan qaz asılılığını əsas gətirib Ukraynaya dəstək verə bilməyəcəyini deyirdi. Putinin hesablamaları isə ümumiyyətlə səhv çıxdı. O düşünürdü ki, xalq rus tanklarını gül-çiçəklə qarşılayacaq. Bir sözlə, Zelenskinin qətiyyəti, iradəsi və Ukrayna xalqının mübarizə əzmi bir ölkəni təslimçilikdən xilas edib”.

Tərcümə: Mais
Gununsesi.info