Borispol meri sakinləri şəhəri tərk etməyə çağırdı

  • By admin
  • 22 Mart 2022 09:07

Borispol meri Volodimir Borisenko sakinləri şəhəri tərk etməyə çağırıb.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində yayımlanan videomüraciətində deyilir .

O qeyd edib ki, bu, həm şəhər sakinlərinə, həm də işğal olunmuş ərazilərdən, hərbi əməliyyatların aparıldığı ərazilərdən gələnlərə aiddir.

“Mülki əhaliyə müraciət edirəm ki, ağıllı olsunlar və zəng mərkəzimizlə əlaqə saxlasınlar. Mümkünsə şəhəri tərk edin… İmkanı olmayanları çıxararıq, olanlar kalonla öz avtomobilində çıxa bilərlər”, – Borisenko bildirib.

O qeyd edib ki, Borispoldan Ukraynanın qərb vilayətlərinə təxliyə hər gün həyata keçirilir.

“Hazırda döyüşlərin getdiyi yerlərdə praktikanın göstərdiyi kimi, şəhərdə nə qədər mülki əhali az olarsa, Silahlı Qüvvələrin işi bir o qədər asan olur. Ona görə də gəlin bunu belə edək. İndi şəhərdə olmağa ehtiyac yoxdur. Artıq ətrafda döyüşlər gedir”, – o, şəhərdə olanları nəzərdə tutaraq deyib.

Qeyd edilib ki, martın 18-də Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini briqada generalı Aleksandr Qruzeviç rus hərbçilərinin Borispol istiqamətində hücumu dayandırdığını bildirib.

“Düşmənin dayandırıldığı və uğursuz olduğu iki müdafiə dairəsi yaradılıb. Bəzi ərazilərdə – bunlar Brovarski və Borispol istiqamətləridir. Düşmən ümumilikdə aktiv hücum əməliyyatlarından imtina edib”, – Qruzeviç vurğulayıb.

Gununsesi.info