Borodyanka qəsəbəsi rusiyalı qoşunlardan azad edildi - Dağıntılar

  • By admin
  • 06 Aprel 2022 15:07
Ukraynalı hərbçilər Kiyev vilayətinin Buça rayonundakı Borodyanka qəsəbəsinin təmizlənməsini başa çatdırıb. Yaşayış məntəqəsi tam nəzarətə götürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb.
Borodyanka qəsəbəsi Rusiya ordusu tərəfindən martın əvvəlində zəbt edilib və praktiki olaraq bir ay ərzində Rusiyanın nəzarətində olub.
Ukrayna hakimiyyəti güman edir ki, Borodyankada dinc əhaliyə qarşı divan tutulub.
Bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova bəyan edib.
O, deyib ki, “əslində qurbanlar baxımından ən pis vəziyyət Borodyankadadır.
Bundan başqa, məlum olub ki, Borodyankanın işğalı zamanı rusiyalılar ağır odsaçan “Solntsepek” sistemlərindən istifadə edib.
Bu ərəfədə Ukrayna qoşunları Kiyev vilayətini işğaldan azad edib. Rusiya qoşunlarının olduqları şəhər və kəndlərdə hərbi cinayətlərin dəhşətli faktları- kütləvi qətllər, işgəncələr, zorlanmalar və talançılıq faktları üzə çıxıb.
Gununsesi.info