Avropa İttifaqı (Aİ) vətəndaşları Rusiya ölkəni ələ keçirsə, Belarusda olduğu kimi, Ukraynada da “kukla” hökumətin olmasının nə demək olduğu barədə daha yaxşı məlumatlandırılmalıdırlar.
Gununsesi.info xəbər verir ki, bunu EFE-yə müsahibəsində Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel deyib.
“Rusiya hər şeyi edəcək. O, hər şeyi edəcək. Putin təslim olmaq niyyətində deyil. Onun siyasi baxımdan sağ qalması bundan asılıdır”, – Borrel deyib.
Onun sözlərinə görə, Putin “sona qədər gedəcək və ordusunu və xalqını qurban vermənin əleyhinə deyil”, çünki “çox böyük maddi və insan itkiləri verir və bir dənə də olsun əhəmiyyətli ərazi irəliləyişinə nail olmayıb”.
Avropa bildirib ki, Avropada seçkilərə az qalıb. Ukraynanın məğlubiyyəti “Rusiya ordusunun Avropanın sərhədində dayanacağı” anlamına gələcək”, – o vurğulayıb.
Avropa diplomatiyasının rəhbəri bu həftə Kiyevdə iki günlük səfərdə olub və burada siyasi birlik, islahatların həyata keçirilməsi və demokratik mexanizmlərin səmərəli işləməsinin zəruriliyinə toxunub.
Gununsesi.info