Borreldən HƏYƏCAN TƏBİLİ: "Avropa təhlükədədir"

  • By admin
  • 21 Aprel 2022 09:10

Bu gün heç kim şübhə etmir ki, Avropa təhlükədədir.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayənədsi Cozep Borrel Madriddə keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynadakı vəziyyət İkinci dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən ağır böhrandır. O, ölkələrin müdafiə xərclərinin koordinasiyalı şəkildə artırılmasına çağırıb. Bununla belə, diplomat bildirib ki, yaxcın gələcəkdə ümumavropa ordusunun yaradılması nəzərdə tutulmur. Lakin Ukraynanın özünü müdafiə etməsi üçün onu dəstəkləmək vacibdir”, –  deyə Borrel bildirib.

Gununsesi.info