“Borussiya Dortmund” “Paderborn”a futbol dərsi keçdi

  • By admin
  • 31 May 2020 22:44

Almaniya Bundesliqasının 29-cu turunun matçında “Paderborn” “Borussiya Dortmund” komandasını qəbul edib.

Gununsesi.org xəbər verir ki, görüş meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb.

Matçda hesab 54-ci dəqiqədə açılıb. “Borussiya Dortmund”un futbolçusu Torqan Azar topu rəqibin qapısına göndərib. Daha sonra Ceydon Sanço het-trik edib.

İkinci hissənin sonlarında Əşraf Hakimi və Marsel Şmelçer fərqlənib.

“Paderborn” buraxılan toplardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 72-ci dəqiqədə Uve Hyunemayer fərqlənib.

 

 

Gununsesi.org