“Borussiya”-nın baş məşqçisi istefaya göndərildi

  • By admin
  • 21 Dekabr 2016 15:37

borussiya

Mönhenqladbax “Borussiya”sı baş məşqçisiz qalıb.

Gununsesi.info Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Andre Şubertlə vidalaşıb.

“Borussiya” rəhbərliyini adıçəkilən məşqçini istefaya göndərib. Məlumatı klubun rəsmi saytı da təsdiqləyib.

Şubertin klubdan göndərilməsinə “Borussiya”nın uğursuz nəticələrə imza atması səbəb olub.

Qeyd edək ki, Almaniya çempionatında 16 turdan sonra 16 xal toplayan “Borussiya” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Gununsesi.info