Boşana bilməmə səbəbi-HAMINI TƏƏCCÜBLƏNDİRDİ

Boşana bilməmə səbəbi

Cütlüklərin mal varlıqlarını az göstərmək və pulu gizlətmək üçün “Bitcoin” kimi kriptovalyutadan istifadə etməsi boşanma proseslərinə təsir etməyə başlayıb.

Gununsesi.info məlumat verir ki, Xarici KİV-də yer alan xəbərə görə, İngilis hüquq firması “Royds Withy King” əllərindəki üç böyük boşanma davasının xüsusilə, “Bitcoin”, “Ripple”, “Ethereum”, “Litecoin” üzərində cəmləşən investisiyaları qanuni tanınmadığı üçün mal mübadiləsində problem yaşadığını və boşanma proseslərinin çətinə düşdüyünü bildirib.
“Vandana Chitroda” adlı şirkət ortaqlarından biri “Bunlar ilk davalar, ancaq ardı gələcək. Həyat yoldaşlardan biri kriptovalyutaların varlığını bildirmədiyi üçün vəziyyət kabusa çevrilir. Firma əlindəki üç iddianın da “Bitcoin”, “Litecoin”, “Ripple” və “Ethereum”a sahib şəxslərin əlində cəmləşdiyini bildirib.

Qeyd edək ki, İngiltərədəki hüquqşünaslar cütlüklərdən birinin pulunu gizlətmək üçün “Bitcoin”in yaxşı vasitə olduğunu, özü bildirməsə heç kimin bundan xəbəri olmayacağını bildirib.

Gununsesi.info

COMMENTS